Bu restoranda meymunlar ofisiantlıq edir – fotolar

  • By admin
  • 09 Avqust 2017 23:20

11
Yaponiyanın Usunomiya şəhərində yerləşən “Kayabukiya” restoranında meymunlar ofisiantlıq edir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, barın sahibi Kaoru Osaka bildirib ki, o, ilk dəfə məkanı açanda 17 yaşlı Fuku-Çan adlı meymun baş ofisiantı yamsılayaraq müştərilərə dəsmallar daçıyıb. Bundan sonra Kaoru düşünüb ki, ofisiant qismində işə meymunları götürsün.

Hazırda barda 4 meymun işləyir. Onlar qonaqlardan sifarişləri götürür, müştərilərə yemək, içki daşıyırlar.

Osaka vurğulayıb ki, meymunlara çox bağlanıb, onları ailə üzvləri kimi sevir, yedirdir, hətta, bəzən onlarla yatır.

showpic_el100 (8)

showpic_el100 (9)

showpic_el100 (10)

Gununsesi.info