
2017-ci ilin əvvəlində Riqa şəhəri Avropanın Paytaxt və İdman Şəhərləri Assosiasiyasının dəvətinə cavab olaraq 2021-ci ildə Avropanın idman paytaxtı statusu almaq üçün öz namizədliyini irəli sürüb.
Gununsesi.info-nun xəbərinə görə, Riqa Dumasının bəyanatında vurğulanır: “Riqa qədim idman ənənələrinə, dinamik idman həyatına və inkişafı davam etdirmək ambisiyalarına malik olan şəhərdir”.
2021-ci ildə Avropanın idman paytaxtı titulunu almaq üçün Riqanın zəruri təcrübəsi, resursları və motivasiyası var.
Riqa ilə yanaşı Lissabon və Haaqa şəhərləri də bu titula iddia edir.
Gununsesi.info