Rusiyanın paytaxtı Moskvada üztanıma kamerası olan işıqforun prototipini sınaqdan keçiriblər.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, məqsəd piyadaların qayda pozuntularını qeydə ala bilməkdir. Cihaz Berejkovskaya sahilində sınaqdan keçirilib.
Fotoçəkiliş piyadanın hərəkət izini və işıqforun siqnalını göstərməyi nəzərdə tutur. Əgər piyada yol hərəkəti qaydalarını pozarsa, onun şəkli (şəxsiyyəti müəyyən edilmədən) pozuntunun baş verdiyi yerin yaxınlığında yerləşən elektron məlumat lövhəsinə ötürülür.
Rusiya Yol Polisinin rəsmi açıqlamasında bildirilib ki, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb edilməsi üçün bütün vətəndaşların biometrik məlumatları olmalıdır.