“Bu şəhərdə”nin Coşqunu əməliyyat olundu

  • By admin
  • 06 Sentyabr 2016 19:54

co

 

“Bu şəhərdə” komandasının üzvü, əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu haqdaBu şəhərdə”nin  prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat yayıb: “Bu gün bizim Coşqun növbəti (inşallah sonuncu olar) əməliyyatı keçirdi. 3 saatlıq əməliyyat uğurlu keçdi, hər şey yaxşıdır. Coşqunun ailəsi, dostları adından Neftçilər Xəstəxanasının bütün kollektivinə təşəkkür edirəm. Allah qismət etsin, xəstəxanada yox, konsertlərdə görüşək”.

Qeyd edək ki, 2010-cu ilin noyabrında Coşqun Rəhimova qalxanvarı vəzinin xərçəngi diaqnozu qoyulmuşdu.

 

Gununsesi.info