“Bu Şəhərdə”nin tanınmış aktyoru əməliyyat olunub - FOTO

  • By admin
  • 06 Sentyabr 2016 15:59

casqun rehimov

Aktyor Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə ssenarist Müşfiq Abbasov özünün facebook səhifəsində məlumat yazıb.

“Dostlar bu gün bizim Coşqun növbəti əməliyyatı keçirdi. 3 saatlıq əməliyyat çox uğurla keçdi, hər yaxşdı. Coşqunun ailə üzvləri, dostları və “Bu şəhərdə” kollektivi və tamaşaçıları adindan Neftçilər xəstəxanasının bütün kollektivinə, rəhbərliyinə və müstəsna olaraq əməliyyatda zəhməti olan həkimlərə -Araz, İradə, Tural, Fikrət, Lalə, Həsən, Iradə, Bikə, Leyli, Eldara- öz minnətdarlığımızı bildiririk. Çox sağ olun,. Dostlar siz əsl peşəkarsınız”-deyə M.Abbasov bildirib.

Qeyd edək ki, Coşqun Rəhimov bundan öncə bir neçə dəfə xərçəng xəstəliyinə görə əməliyyat olunub.

 

cosqun

Gununsesi.info