Bu şəhərlərdə selfi çəkmək qadağandır - SİYAHI

  • By admin
  • 07 Avqust 2017 11:47

selfi

Son illərdə selfi çəkmək insanlar arasında geniş şəkildə yayılıb. Əsasən də səyahət zamanı hər kəs öz fotoşəkillərini çəkməyi arzulayır. Lakin dünyada elə yerlər var ki, orada selfi çəkmək qadağandır.

Gununsesi.info selfinin qadağan olunduğu yerləri təqdim edir.

Disney, Paris

2016-cı ilin iyulundan etibarən əyləncə mərkəzi olan Disneydə selfi çəkmək qadağan olunub. Səlahiyyətli şəxslər təhlükəsizlik məqsədilə əvvəlcə qatarlarda, daha sonra isə bütün parkda selfini qadağan ediblər.

Sistine Şapeli kilsəsi, Vatikan

Sistine Şapeli kilsəsində selfi çəkmək 1980-ci ildən qadağandır. Amma bunun təhlükəsizlik ilə heç bir əlaqəsi yoxdur. Qadağanın səbəbi isə olduqca maraqlıdır. Belə ki, Vatikan yapon şirkəti olan “Nippon Television Network”dən kilsə üçün 1980-ci ildə aldığı 3 milyon dollarlıq divar fonu qarşılığında fotoşəkil və video çəkilişləri haqqını Yaponiyaya vermişdir.

Garoupe sahili, Fransa

Cənubi Fransanın ən məşhur çimərliklərindən olan Garoupda selfi çəkmək qadağandır. Qadağa qoyulub ki, insanlar belə şeyə vaxt ayırmayıb əsl çimərlik zövqü yaşasın.

“The Metropolitan Museum of Art”, Nyu-York

“The Metropolitan Museum of Art”da selfi kəskin şəkildə qadağan olunmasa da, selfi çubuqlarının sənət əsərlərinə zərər verə biləcəyi ehtimal olunur.

Buğa yarışları, Pamplona

Təbii ki, buğa yarışlarında selfi qadağan olunmalıdır. Amma bunu edənlər var idi deyə rəsmi şəkildə yasaqlanmışdır. Qadağanı pozanlara 3000 avro cəza kəsilir.

Lollapalooza Musiqi Festivalı

Hər il Çikaqoda təşkil olunan ən böyük musiqi festivalında da selfi çubuğu qadağan edilmişdir.

Saray Muzeyi, Pekin

Pekindəki Saray muzeyi ən turistik yer olsa da, burada selfi çəkmək yasaqlanmışdır. Səlahiyyətli şəxslər bunu muzeydəki əşyalara dəyə biləcək zərər ilə əlaqələndirir.

Tahoe gölü, Kaliforniya

Tahoe gölündə selfi ilə yanaşı, heyvanların, xüsusən də ayıların fotoşəklini çəkmək də qadağandır. Buna səbəb 2013-cü ildə ayı ilə selfi çəkmək istəyən cütlüyün vəhşi heyvan tərəfindən parçalanmasıdır.

Van Gogh Muzeyi, Amsterdam

Bu muzeydə də selfi çəkmək qadağandır. Səlahiyyətli şəxslər bunu fotoşəkil çəkənlərin rəsm əsərlərinə baxanlara mane olması ilə əlaqələndirib.

Gununsesi.info