Bu şəxslərə müddətli əlavələrin ödənilməsi davam edir

Hazırda iyul ayı üzrə tibb və qeyri-tibb işçilərinə koronavirusla əlaqəli müddətli əlavələrin ödənilməsi prosesi davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Agentlik iyul ayı üzrə 1 080 nəfər tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq ümumilikdə 1.4 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Xatırladaq ki, Agentlik dövlət tibb müəssisələrinin göndərdiyi siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.

Gununsesi.info