“Miqrant ailələrin üzvləri Rusiya ərazisində qalmamalıdırlar”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda deyib.
“Hər kəs bunu xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, oxumursa, o zaman belə bir şəxs son nəticədə ölkəmizi tərk etməlidir”, – deyə sədr müavini bildirib.
Medvedevin sözlərinə görə, miqrant ailələrin ölkədə qalma məsələsi xüsusi nəzarətdə olmalıdır.“Qafqazinfo”
Gununsesi.info