Bu şəxslərin maaşlarına əlavələr olunacaq

  • By admin
  • 09 İyun 2022 20:07

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının professor-müəllim heyətinə hər il ən azı bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələr ödəniləcək.

Gununsesi.info  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

Gununsesi.info