Bu şəxslərin ölkədən çıxışına qadağa qoyuldu - SİYAHI

  • By admin
  • 09 Sentyabr 2016 16:23

olke
Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərin siyahısı açıqlanıb.

Gununsesi.info Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyici vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Siyahıda 333 fiziki və 452 hüquqi şəxsin adı var.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslər

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərləri

Gununsesi.info