Bu şəxslərin oruc tutması təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

  • By admin
  • 10 Aprel 2022 14:21

Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də “Ramazan ayında oruc tutmaq olarmı” sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. 

Bu barədə Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov məlumat verib.

O qeyd edib ki, Delphi konsensusunda iştirak etmək üçün 24 ölkədən 61 tanınmış metabolik və bariatrik cərrahdan ibarət komitə yaradılıb: “Komitə MBS-dən sonra orucla bağlı tövsiyələr və mübahisələrlə əlaqədar 45 bəyanata səs verib. Ekspertlər iki raund səsvermədən sonra 45 bəyanatdan 40-ı üzrə konsensus əldə ediblər. Mütəxəssislərin yüz faizi MBS keçirmiş xəstələrdə orucun xüsusi qida dəstəyinə ehtiyacı olduğuna inanır. Orucla bağlı qərar cərrah, diyetoloq və xəstə arasında razılaşdırılmalıdır. MBS-dən sonra istənilən vaxt 96,7% davamlı dözümsüzlük əlamətləri olduqda orucu dayandırmağı tövsiyə etdi. Mütəxəssislərin 70 faizi xəstənin vəziyyətinə və cərrahın təcrübəsinə uyğun olaraq MBS-dən sonra orucun 6-12 aya qədər təxirə salınmasını tövsiyə edib və 90,1 faizi 6 aydan az müddətdə oruc tutmağa başlayan xəstələrdə proton pompası inhibitorlarının davam etdirilməli olduğunu bildirib. Ekspertlərin müvafiq olaraq 88,5%, 90,2%, 88,5% və 85,2% arasında orucun arıqlamağa, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin, dislipidemiyanın, hipertoniyanın və 2-ci tip şəkərli diabetin yaxşılaşdırılmasına – remissiyasına kömək edə biləcəyi barədə fikir birliyi var”.

Taryel Ömərovun sözlərinə görə, ölkəmizdə 9 ildir ki, bariatrik-metabolik cərrahi əməliyyatlar aparılır: “Bu illərin təcrübəsi onu deməyə əsas verir ki, əməliyyatdan sonrakı ilk 12 ay ərzində oruc tutulması bu pasiyentlərdə müəyyən psixoemosional və qastroentroloji problemlər yarada bilir. Buna görə də tövsiyə etmirik. 1 ildən sonra isə tam tövsiyə olunur. Onlar da digər insanlar kimi normal fizioloji oruc tuta bilərlər”.

Gununsesi.info