Bu şəhər MDB-nin mədəniyyət paytaxtı elan edildi

  • By admin
  • 06 Yanvar 2021 10:54

Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə MDB-nin mədəniyyət paytaxtı, İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən isə turizm şəhəri elan olunub.

Gununsesi.org unikal.org-a istinadən bildirir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi məlumat yayıb. 2021-ci il ərzində bununla bağlı Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.

Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın Çimkənd şəhəri MDB-nin mədəniyyət paytaxtı olub.

 

Gununsesi.org