“Bu, səhiyyə adına ləkədir…” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 01 Dekabr 2016 15:56

qanira-qanira

“Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin.

Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”.

Gununsesi.info-nun xəbərinə görə, bunu deputat Qənirə Paşayeva 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir:

“Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinə və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum qalsın. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın”-deyə, o, sözlərinə əlavə edib.

Gununsesi.info