Bu şəxslərdən koronavirus testi götürülməyəcək - YENİ MƏHDUDİYYƏT

  • By admin
  • 26 Noyabr 2020 20:42

Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Gununsesi.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş həcminə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur.

Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Gununsesi.info