Bu şagirdlər ali məktəblərə müsabiqəsiz qəbul olunacaqlar

  • By admin
  • 06 İyul 2018 13:12

Картинки по запросу Təhsil Nazirliy

“Beynəlxalq fənn olimpiadalarının qaliblərinin respublikanın ali məktəblərinə qəbul olması ilə bağlı məsələlər müzakirə edilirdi. Bu şagirdlər artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə qəbul oluna biləcəklər”.

Gununsesi.info-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov “Təhsil haqqında” qanuna edilən son dəyişiklikləri şərh edərkən deyib.

 Onun sözlərinə görə, o cümlədən respublika daxilində keçirilən fənn olimpiadalarının qalibləri də öz ixtisasları üzrə ali məktəblərə qəbul ola biləcəklər.