Bu sayğaclar tarixə qovuşacaq - Ruslan Əliyev

  • By admin
  • 26 Noyabr 2021 15:02

“Smart kart tipli sayğaclarda sistemlə sayğac arasında olan əlaqə kart vasitəsilə həyata keçirilir. Bəzi hallarda terminallarda ödəniş etdikdə ödəniş karta yüklənmir. Ay ərzində bu hal 10-15 dəfə baş verir”.

Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu halın qarşısını almaq üçün “Azəriqaz” İstehsalat Birliyi ödəniş terminallarına müraciət edib: “Doğrudur, ödənilən məbləğ heç zaman batmır. Abonent qəbzlə terminalın ofisinə və ya “ASAN xidmət” mərkəzlərinə yaxınlaşdıqda ödəniş bərpa olunur”.

Qurum rəhbəri sayğacların dəyişdirilməsi mövzusuna da aydınlıq gətirib: “Mexaniki sayğaclar iyul ayından etibarən çoxmərtəbəli binalara ödənişsiz verilir. Yaxın 3-5 il ərzində smart kart tipli sayğaclar tarixə qovuşacaq. Bu gün bu sayğaclar istehsalatdan çıxıb. Artıq “ağıllı sistem”ə keçid etmək lazımdır. O sayğaclarda ödənişlə bağlı problemlər daha çox yaşanır. Smart kart tipli sayğaclarda abonentin ay ərzində nə qədər qaz istifadə etdiyi görünmür. Amma yeni sayğaclarda biz buna nəzarət edə bilirik. Smart kart tipli sayğaclar dövrü üçün müasir sayılırdısa, bu gün “ağıllı sistem” deyil”.

Gununsesi.info