“Bu seçim cütlük arasında razılıqla verilməlidir”

 “Qadının evlənərkən soyadını dəyişməsi daha çox ənənə ilə bağlı məsələdir. Bu seçim hüquqi məcburiyyət deyil və fərdi qərar kimi qiymətləndirilməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

 “Qadın öz kimliyini və şəxsi sərhədlərini qorumaq baxımından bu məsələyə diqqətlə yanaşmalıdır.

Soyadın dəyişməsi bəzi qadınlarda yeni ailəyə uyğunlaşma hissini gücləndirə bilər. Digər tərəfdən, bəzi qadınlar öz soyadını saxlamaqla müstəqilliyini ifadə etdiyini düşünü “r.

Psixoloq qeyd edib ki, bu qərar cütlük arasında qarşılıqlı razılıq əsasında verilməlidir:

“Əsas məsələ tərəflərin bir-birinə hörmət göstərməsidir. Cəmiyyətdə mövcud olan düşüncə tərzi fərdlərin seçimlərinə təsir edə bilər. Lakin son qərar hər bir qadının şəxsi istəyi və dəyərləri ilə müəyyən olunmalıdır”.

 

Firuzə

Gununsesi.info