Bu seçkilərə yaşıl işığı İlham Əliyev yandırıb - LƏMAN ƏLƏŞRƏFQIZI OĞUZDAKI QANUNSUZLUQDAN ŞİKAYƏTLƏNDİ

  • By admin
  • 05 Fevral 2020 14:02

Azərbaycanın tanınmış jurnalistlərindən biri olanLəman Ələşrəfqızı deputatlığa namizəd olduğu Oğuz rayonundakı seçkiqabağı mühitdən narazılığını ifadə edib.

Gununsesi.org-un xəbərinə görə, Ləman Ələşrəfqızı bildirib ki, yerli strukturlar Aqiyə Naxçıvanlının təşviqatına qoşulub. O, rəqibinin kampaniyasına qoşulanların fotosunu paylaşaraq, bunları yazıb:

“Əsas rəqibim görüşlərə xüsusilə, bu kontingentlə gedir. Oğuz İH-nin ərazi idarərtmə şöbəsinin müdiri Səyyaf Abbasov, Oğuz rayon kənd təsərrüfatı idarəsinin rəhbəri Azad Əliyev, Oğuz rayon Qaçqınkomun sədri Yaqub Abbasov, Cümə Məscidinin imamı Şövkət Cəlilov, kənd və rayon icra hakimiyyəti işçiləri və s.. Bilirsiz ki, bu Seçki Məcəlləsinə tamamilə ziddir. Bərabər və ədalətli seçki prinsiplərini pozur, seçkilərin şəffaf keçirilməsini şübhə altına alır. P. S. Bu adamlar Oğuzun öz balası, öz qızı, ölkənin Əməkdar jurnalisti olan Ləman Ələşrəfqızıdan qaçırlar. Niyə??? Nədən çəkinirsiz, kimdən qorxursuz? Bu seçkilərin yaşıl işığını bizə Prezident İlham Əliyev yandırıb, xalqın etimad etdiyi adam seçiləcək deyib. Xalqım, camaatım mənə etimad edir. Bəyəm bunu görmürsüz?”

 

 

Gununsesi.org