Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) həftəlik növbədənkənar iclasında monitorinq hesabatları müzakirə edilib.
Gununsesi.info xəbər verir ki, araşdırmalar çərçivəsində “Hudutsuz Sevda” serialında qadınlara qarşı zorakılıq, “Sakla Beni” serialında isə əxlaqsız dialoqlara görə inzibati cərimə kəsilib.
“Hudutsuz Sevda” adlı serial üçün hazırlanan monitorinq hesabatında serialdakı əxlaqsız görüntülərin və şiddət səhnələrinin qiymətləndirildiyi dialoqlar zamanı qadına qarşı zorakılıq səhnələri səbəbiylə yayımlanan FOX telekanlına inzibati pul cəzası qərarı verilib.
Tamaşaçılardan çoxlu şikayətlər alan, Ailə və Sosial Xidmətlər Nazirliyinin reaksiyasını çəkən və baxılması üçün RTÜK-ə müraciət edən “Gizlə məni” serialı da müzakirələrin gündəmində olub. “Star” ekranlarında yayımlanan prodüserdə uşaq obrazlar arasındakı dialoqların tamaşaçılara əxlaqsız şəkildə çatdırılması qanun pozuntusu kimi qiymətləndirilib. RTÜK yayımçıya yuxarı limitdən yüksək inzibati cərimə kəsib.
Gununsesi.info