“Bu silahlar Azərbaycanda istehsal olunmur” - PREZİDENT

  • By admin
  • 21 İyul 2020 21:16

“Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olub, qan tökülüb. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarında hücum təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib”.

Gununsesi.org xəbər verir ki, Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu barədə məlumat verən Prezident İlham Əliyev Ermənistanın hərbi infrastrukturunun Azərbaycan Ordusu tərəfindən dəqiqliklə, sərrast atəşlə necə məhv edilməsinin müasir silahlar hesabına mümkün olduğunu vurğulayıb.

“Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik”, – deyə dövlət başçısı qeyd edib.

 

 

Gununsesi.org