Caspian Engineering Solutions MMC vergiyə yaranmış külli miqdarda borcunu ödəyə bilmir.
Gununsesi.info Teleqraf-a istinadla xəbər verir ki, sənaye sahəsində yoxlama, sınaq, laboratoriya, təmir, tikinti, quraşdırma və sənaye təmizliyi xidmətləri göstərən şirkətin vergi qarşısında böyük məbləğdə öhdəliyi mövcuddur.
Məlumata görə, MMC-nin hazırda 340 min manat vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan şirkətin qanuni təmsilçisi və direktoru Əliyev Camaləddin Ağamirzə oğludur.













