
ABŞ-ın Florida ştatının qubernatoru Rik Skott yaxınlaşan “Metyu” qasırğası ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
“Bu ciddidir…Risk etməyin. Bir daha təkrar edirəm, əgər təxliyyə olunmalısınızsa ləngiməyin. Bu, qasırğa sizi öldürə bilər. Vaxt daralır”, – qubernator açıqlamasında bildirib.
Hazırda Floridada 2 milyon insan təxliyyə olunur.
Gununsesi.info