Bu, sülh prosesinə mane olur - Deputat

  • By admin
  • 24 Aprel 2022 13:15

“Bakıda Cənubi Qafqazda dayanıqlı sülh ilə bağlı müzakirələrin aparıldığı bir zamanda İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqları yandırılır. Bu, Ermənistan ritorikasını və boş revanşizmi bir daha təsdiq edən faktdır”. 

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, belə revaşist meyillər sülh prosesinə mane olur: “Bu, Ermənistanın özü üçün də yaxşı nəsə vəd etmir. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquqa və BMT-nin konvensiyalarına, prinsiplərinə uyğun 5 təklif irəli sürüb. Əslində, sülh müqaviləsinin imzalanması Ermənistanın bu gün üzləşdiyi ağır iqtisadi və sosial vəziyyətin yumşalmasına gətirib çıxara bilər”.

Vüqar Bayramov vurğulayıb ki, İrəvanda nə etmələrindən asılı olmayaraq, Azərbaycan və Türkiyə bayraqları hər zaman ucalarda dalğalanır və daim zirvələrdə olacaq: “Mithat Cemal Kuntayın söylədiyi kimi, bayraqları bayraq yapan üstündəki qandır. Qanı isə yandırmaq olmur. Bu gün ucalarda dalğalanan hər iki bayraq uğrunda canlarından keçən Şəhidlərimizə Allah rəhmət etsin!”

Gununsesi.info