“Bu, təhsil şöbələrinin ləğvi demək deyil” - Nazir Emin Əmrullayev

  • By admin
  • 21 Dekabr 2021 11:16

“Təhsil Nazirliyinin strukturunda dəyişiklik edilib və regional təhsil idarələri yaradılıb. Bu, yerlərdəki təhsil strukturlarının ləğvi demək deyil. Təhsil şöbələri də fəaliyyət göstərəcək”.

Gununsesi.info  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin ötən gün təhsil sahəsində imzaladığı sərəncamlarla bağlı keçirdiyi brifinqdə bildirib.

HTML tutorial

O qeyd edib ki, regional idarələrin yaradılması ilə təhsil formatının vahid idarəetməsinə nail olunacaq: “Məsələn, regionda hansısa müəllimin dərs saatından şikayəti varsa, nazirliyə müraciət edir. Nazirlik bu işlə məşğul olanda digər işlər qalır. Əslində bunu nazirlik etməməlidir, regional idarələr bu işi həyata keçirəcək. Bu həm də vətəndaş müraciətlərinin daha asan həllinə gətirib çıxaracaq. Bu proses qarşılıqlı şəkildə həyata keçiriləcək”.

Nazir bildirib ki, regional idarələrin funksiyaları düzgün icra olunduqca, onlara bir sıra əlavə səlahiyyətlər də veriləcək.

Gununsesi.info