Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

  • By Mina
  • 06 Aprel 2024 13:31

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

 

“Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır”, – deyə açıqlamada qeyd olunub.

Gununsesi.info