
Türkiyədə 14 may tarixi seçkilərinə saatlar qala, bir çox tanınımış isimlər Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıblar. Seçkilərdə tərəfini bəlli edən məşəhurların qərarları toplum üzərində ciddi təsir edir.
Kılıçdaroğlunu dəstəkləyəcək adamlar diqqət çəkir.
Gununsesi.info xarici mətbuata istinadən həmin tanınmışların siyahısını sizə təqdim edir.
Tanınmış gülüş ustası Cem Yılmaz 14 may Prezidentlik seçkilərində Kamal Kılıçdaroğluna səs verəcəyini paylaşıb.
“Əmi, səsini kimə veəcəksən”, soruşanlara “Kamal Prezident”, deyirəm. Uğurlar diləyirəm, Kamal Kılıçdaroğlu”, yazıb.


Oyunçu Berna Laçın, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğluna səs verəcəyini açıqlayıb.

“Bir səsim Kamal Kılıçdaroğluna” – Hayko Cepkin yazıb.
“Adını Fərihə qoydum” serialı ilə tanınan Hazal Kaya Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlayıb.

Tərcümə: Arzu Sayadoğlu