Bu tarixdə maqnit qasırğası gözlənilir - Xəstəliklər şiddətlənəcək

  • By admin
  • 18 Fevral 2023 18:08

Fevralın 20-də Yer kürəsində maqnit qasırğası başlaya bilər.

Gununsesi.info xəbər verir ki, bu haqda Tətbiqi Geofizika İnstitutunun (IPG) mütəxəssisləri xəbərdarlıq edir.

“Məşəl II tip spektral radio emissiyasının partlaması və tac kütləsinin atılması ilə müşayiət olunub. Geomaqnit sahəsinin pozulması fevralın 20-də mümkündür”, – məlumatda deyilir.

2022-ci ilin dekabr ayının sonu – 2023-cü ilin yanvar ayının əvvəlində alimlər Günəşdə qeyri-adi aktivliyi qeyd ediblər. Bu proses 2017-ci ildən bəri ən güclü adlandırılır. Daha sonra ulduzda bir neçə C sinfinə aid məşəllər baş verib. Yanvar ayında bir neçə X sinfinə aid məşəllər qeydə alınıb ki, bu da Yerdə güclü maqnit qasırğalarına səbəb olmayıb.

Maqnit qasırğaları enerji sistemlərini poza, quşların və heyvanların miqrasiya yollarına təsir göstərə bilər. Meteohəssas insanlar bunun təsirlərini hiss edirlər. Maqnit fırtınaları qanın özlülüyünə təsir edərək onu artırır. Bu səbəbdən qan laxtalanmasına meyl artır, bədəndə qaz mübadiləsi azalır, toxuma hipoksiyası inkişaf edir, qan təzyiqi yüksəlir. Belə tufanlar zamanı insult, infarkt, hipertonik böhranların sayı artır, miqren şiddətlənir.

Gununsesi.info