Bu tarixlərdə Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaq

  • By Mina
  • 29 Mart 2024 13:03

Azərbaycanda Ramazan bayramı ilə əlaqədar aprelin 10-14-ü tarixlərində Bakı-Qəbələ marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq.

 

Gününsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

 

Məlumata görə, 6 aprel iş günü müəyyən edildiyindən həmin tarixdə Bakı-Qəbələ marşrutu üzrə qatar reysləri ləğv edilir: “Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə Qəbələdən Bakıya yola düşəcək”.

 

“Biletləri dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür”, – deyə məlumatda qeyd edilib.

 

Gününsesi.info