Sentyabrda Yer kürəsini maqnit qasırğaları bürüyəcək.
Bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.
Məlumata görə, geomaqnit sahəsinin ən yaxın pozulması artıq 6-8 sentyabrda gözlənilir.
Ay ərzində daha üç maqnit qasırğası dalğası müşahidə olunacaq.
“Geomaqnit sahəsinin növbəti daha aktiv həyəcanını sentyabrın 14-də gözləmək lazımdır. Sonrakı günlərdə, yəni sentyabrın 15-dən 17-dək də maqnit qasırğaları mümkündür, lakin daha az intensivlikdə”, – məlumatda deyilir.
Eyni zamanda, bu ayın son maqnit qasırğası sentyabrın 23-də proqnozlaşdırılır.