
İyunun 30-dan etibarən android əməliyyat sisteminin köhnə versiyaları ilə işləyən mobil telefonlar “WhatsApp”ı dəstəkləməyəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda şirkətin bloqunda məlumat verilib.
Belə ki, “İOS6”, “Windows Phone 7.+1”, “Nokia S40”, “Nokia Symbian S60”, “iPhone 3GS (İOS 6)”, “BlackBerry OS”, “BlackBerry 10”, “Android 2.1” və “Android 2.2” proqram təminatlı telefonlar iyunun 30-dan etibarən dünyada ən çox istifadə olunan “WhatsApp” messenger xidmətini dəstəkləməyəcək. Çünki yenilənmiş “WhatsApp” həmin versiyalı telefonlara uyğun gəlmir.
Qeyd edilən proqram təminatlı mobil cihazlardan istifadə edənlər 2016-cı ilin sonunda “WhatsApp”a daxil olma müddəti bitib. Ancaq daha sonra “WhatsApp” proqram təminatının müddətini iyunun 30-dək uzadıb. O müddətin başa çatmasına isə az bir vaxt qalıb.
Anar
Gununsesi.info