Bu texnika da Türkiyə ordusunun arsenalına daxil edildi

  • By admin
  • 11 Dekabr 2021 17:41

Türkiyənin mina və əllə hazırlanan partlayıcı maddələri aşkarlayaraq zərərsizləşdirən zirehli texnikası – METİ Quru Qoşunlarının arsenalına daxil edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

O qeyd edib ki, METİ vasitəsilə zirehli texnikanı tərk etmədən partlayıcı maddələri aşkar etmək, müəyyənləşdirmək və qismən müdaxilə etmək mümkündür:

“Texnika 9 nəfərlik heyəti daşıma qabiliyyətinə malikdir. Eyni zamanda, METİ-nin üzərində yerləşdirilən robot qol içəridən idarə olunur. Robot qol həmçinin uzaqdan idarəetmə sistemi ilə avtomobilin kənarından da idarə oluna bilər”.

Gununsesi.info