Bu, türk dövlətlərinin böyük uğurudur – MİLLƏT VƏKİLİ

  • By admin
  • 13 Noyabr 2021 22:00

Bu, türk dövlətlərinin böyük uğurudur və Avrasiya məkanında yeni geosiyasi reallığın yaranmasıdır. Türk Dövlətləri Təşkilatının Rusiya və Çinlə qonşu olması böyük bir coğrafiyada əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox məmnunam ki, bu işdə Azərbaycanın və onun Prezidentinin böyük rolu var.

Gununsesi.info  xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində deyi.

O bildirib ki, məhz görülən işlərin, verilən töhfənin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinə türk dövlət və hökumət başçılarının imzası ilə Türk Dünyasının Ali Ordeni verildi və o, bu ordenin ilk laureatı oldu:

“Bu münasibətlə həm Prezidenti, həm xalqımızı təbrik edirəm. Təşkilatın elan olunduğu günə qədər böyük yol keçilmişdir. Fərəhləndirici hal ondan ibarətdir ki, heç bir türk dövləti kənarda qalmamışdır. Türk dövlətlərinin inteqrasiyası onların təhlükəsizliyinə, iqtisadi inkişafına, mədəni yüksəlişinə ciddi təkan verəcək. Birliyimiz regionda sülhə və əmin-amanlığa, inkişafa və rifaha öz müsbət təsirini göstərəcək”.