Bu üç məşhur hakim yola salınır - BARƏLƏRİNDƏ XÜSUSİ QƏRARDAD ÇIXARILDI

  • By admin
  • 03 Dekabr 2021 13:13

Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədov yola salınır.

Qeyd edək ki, adıçəkilən şəxslər hakim korpusunun ən ədalətsiz  hakimləri kimi tanınır.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, bu günlərdə Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə- Hüquq Şurasına yollayıb.

Onu da  bildirək ki, bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadır.

Məlumata görə, Məhkəmə- Hüquq Şurası hər üç hakimlə bağlı iltizam icraatı başladıb.

Qanunvericiliyin tələbinə görə, barələrində iltizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.

Yəqin ki, Azərbaycanın məhkəmə sisteminin üzqarası olan bu adamlar layiq olduqları cəzanı da alacaq.

Saytımızın araşdırmasına görə, hakim Habil Məmmədovun çıxardığı əksər hökmlərin qanunvericiliyə zidd olması barədə çoxsaylı faktlar üzə çıxıb.

Bu faktların sayı o qədər çox olub ki, Prezident Administrasiyası da daxil olan şikayətlərlə bağlı Ədliyyə Nazirliyini də bilgiləndirib.

 

Gununsesi.info