Bu üç ölkə NATO-ya çağırıldı

Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirləri noyabrın 29-30-da Buxarestdə keçiriləcək NATO nazirlərinin görüşünə dəvət olunub.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

HTML tutorial

Onun sözlərinə görə, xarici işlər nazirləri üç ölkənin hərbi potensialının gücləndirilməsini müzakirə etmək üçün dəvət olunub.

Həmçinin bildirib ki, görüş zamanı NATO nazirləri Ukraynaya qış geyimləri, yanacaq və dərmanlar daxil olmaqla humanitar yardımı artıra bilərlər. Onun fikrincə, Ukraynanı dəhşətli qış gözləyə bilər.

Bundan əvvəl NATO-nun Baş katibi bildirib ki, alyans 2014-cü ildən Ukraynaya yardım edir, lakin işğaldan əvvəl daha çox şey edə bilərdi. Əlavə edib ki, təşkilat münaqişənin iştirakçısı olmaq istəmir, ona görə də uçuşa qadağa zonası yaratmır, lakin eyni zamanda Kiyevə hava hücumundan müdafiə sistemləri tədarükünü davam etdirəcək.