Bu universitetə yeni prorektor təyin olundu

  • By admin
  • 13 Avqust 2021 19:32

 

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin 11.08.2021-ci il tarixli əmrinə əsasən, Rəşad Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Gununsesi.info-nun xəbərinə görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.
Rektor bildirib ki, Rəqəmsallaşma və layihələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.
Bu vəzifəyə Rəşad Əliyevin təyin olunması təqdirəlayiqdir. Rektor yeni prorektora uğurlar arzu edib.
Rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O fəaliyyəti ərzində etimadı doğruldacağını bildirib.
Qeyd edək ki, Rəşad Əliyev 1997-2003-cü illərdə Türkiyə Respublikasının İstanbul Universitetində inzibati idarəetmə ixtisası üzrə bakalavr səviyyəsini bitirib.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) menecment ixtisası üzrə (MBA proqramı) magistr pilləsini bitirib.

2017-ci ildə isə ekonometriya ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru olub.

Hazırkı təyinatına kimi Rəşad Əliyev AzTU-nun “HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi”nin müdiri vəzifəsini icra edib.

Gununsesi.info