Bu universitetdə maaşlar artırıldı

  • By admin
  • 03 Mart 2022 13:04

Azərbaycan Dövlət Pedaqoji Universitetində əməkhaqları artırılıb.

Bu haqda Gununsesi.info-ya Universitetin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Universitetin Elmi Şurasında maşlarla bağlı qərar qəbul edilib.

İclasda rektorun müşaviri Ümid Mehdiyev Maliyyə komissiyasının hesabat və təkliflərini diqqətə çatıdırıb.

Təkliflərə əsasən Elmi Şura ADPU-da əməkdaşların əməkhaqqının artırılması haqqında qərar qəbul edib.

Qərara əsasən, həmçinin Pedaqoji Universitetdə saathesabı dərs deyən personalın əməkhaqqı da orta hesabla 37,5 % artırılıb.

Gununsesi.info