Bu universitetlərdə keçid balı aşağı salındı - SİYAHI

  • By admin
  • 19 İyul 2017 12:55

7722

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.

Bu barədə Gununsesi.info-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

Abituriyentlər aşağıdakı cədvəllərdə həmin ixtisaslar, onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərlər.

İxtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur).

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya Lənkəran Dövlət Universiteti
Meşəçilik Lənkəran Dövlət Universiteti

Qərb Universiteti

Aqronomluq Lənkəran Dövlət Universiteti
Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi Naxçıvan Dövlət Universiteti
Texnologiya müəllimliyi Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi Azərbaycan Texnologiya Universiteti
Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi Qərb Universiteti
Çoxişlənən malların texnologiyası mühəndisliyi Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi Qərb Universiteti

 II ixtisas qrupu üzrə:

Marketinq Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

“Odlar Yurdu” Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya Azərbaycan Kooperasiya Universiteti
Regionşünaslıq (regionlar üzrə) Qərb Universiteti

Xəzər Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Xəzər Universiteti

“Odlar Yurdu” Universiteti

Naxçıvan Universiteti

 III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Sosial iş Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

Baytarlıq Lənkəran Dövlət Universiteti
Ekologiya Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

İxtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə aşağıdakı kimidir:

I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır;

II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.

Gununsesi.info