ABŞ-da aparılan yeni araşdırmaya görə, insanlar COVID-19-dan sağaldıqdan uzun müddət sonra yeni ürək problemləri ilə üzləşirlər.
Gununsesi.info xəbər verir ki, ABŞ Veteranların İşləri Departamentinin tədqiqatçıları peyvəndlər hazırlanmamışdan əvvəl koronavirusa yoluxmuş 153 760, virusa yoluxmayan 5,6 milyon və məlumatları daha əvvəl toplanmış 5,9 milyon insan arasında ürək-damar problemlərinin nisbətini müqayisə ediblər.
Əldə edilən məlumatlarda COVID-19 infeksiyasının kəskin mərhələsindən sağaldıqdan orta hesabla 1 il sonra infarkt keçirmə riskinin 63%, ürək ritminin pozulması riskinin isə 69% daha yüksək olduğu bildirilib. İnsult riski 52%, ürək çatışmazlığı riski isə 72 faizdir.
“Nature Medicine”də dərc edilən məqalədə ağciyərlərdə potensial ölümcül qan laxtalanma riskinin digər 2 qrupa nisbətən təxminən 3 dəfə yüksək olduğu vurğulanıb.
Gununsesi.info