Bu uşaqlar dayanmadan yeyirlər. Prader-Villi sindromu

  • By admin
  • 07 Avqust 2016 17:30

villi

 

11-yaşlı Stivi və Eddi Axern əkizlərdirlər. Onlar nadir genetik pozuntu olan Prader-Villi sindromundan əziyyət çəkirlər. Bu xəstəliyin səbəbi insanda 15-ci xromosomun bir hissəsinin olmamasıdır.

Prader-Villi sindromuna dünyada orta hesabla 10-15 000 doğulmuş uşaqdan birində rast gəlinir. Əksər hallarda xəstəliyin diaqnozu körpəlikdə qoyulur. Lakin əkizlərin anası yalnız 2 il bundan əvvəl uşaqlarında olan pozulmadan xəbər alıb.

Uşaqlar öz yaşından böyük görünür, onların xeyli artıq çəkisi var. Uşaqlar daim özünü ac hiss edir və dayanmadan yeyirlər. Uşaqların anasının sözlərinə görə, o, əkizlərdən yeməyi gizlətməyə məcburdur. Aclıq hiss etdikdə uşaqlar tapdıqları istənilən şeyi yeyirlər – zibil vedrəsində olan tullantılar, kimyəvi məişət vasitələri və s.

Prader-Villi sindromu müalicə olunmur. Həkimlər uşaqlara hormonal preparatları və idman məşğələləri təyin ediblər. Bu onlara artıq çəki ilə mübarizə etməyə kömək edəcək.

 

Gununsesi.info