Bu üsulla bir aya incə belə sahib olun

  • By arzu
  • 18 Noyabr 2019

İdman zalına getmədən, ev şəraitində daha gözəll bədən quruluşuna sahib olmaq istəyirsən? O zaman halqa gözəl seçimdir! Adi halqa ilə belinizi incəldə, pres ilə isə onu möhkəmləndirə bilərsiniz. Bəs halqa ilə necə məşq etmək olar? Siz xanımlara bununla bağlı bəzi ipucları veririk.

Gununsesi.org Medicina.az-a istinadən xəbər verir ki,  başlamazdan əvvəl mühüm qaydaları bilməyiniz vacibdir:

-Məşq zamanı qarnınızı həmişə içəri yığılmış vəziyyətdə, əzələləri isə gərgin saxlayın.

-Aramla nəfəs alıb-verin.

-Halqa ilə məşq etdiyiniz zaman çalışın sabit dayanın, gəzməyin.

-Məşqə 10 dəqiqədən başlayaraq müddəti tədricən 30 dəqiqəyə qədər çatdırın.

-İlk halqanız hamar və yumşaq olmalıdır. 30 dəqiqə məşqdən sonra yorğunluğu aradan qaldırmaq üçün masaj edilmənizi tələb edən ağır halqaları sonraya saxlayın.

Bütün bu qaydalardan sonra məşq prosessinə rahat başlamaq olar.