Bu fikirləri Türkiyə Koronavirus Epidemiyası Elmi Komitəsinin üzvü, professor Serhat Ünal deyib.
O bildirib ki, peyvənd ciddi xəstəliklərin və ölümün qarşısını mütləq şəkildə alır: “Bunun nəticələrini yaxın günlərdə birlikdə görəcəyik. Vaksinlər uğurlu olacaq və gələn il ərzində bütün dünya bu problemdən qurtulacaq. Əvvəllər xəstəlik keçirənlər qeydlərdə görünəcək və ya xəstəliyə tutulduqlarını bəyan edəcəklər. Bu şəxslər ilk dövrdə peyvənd olunmayacaqlar. Çünki xəstəliyin özünün ən yaxşı vaksinasiya üsulu olduğu da məlumdur”.
Professor peyvənddən sonra maska və sosial məsafə kimi qaydalara diqqət edilib-edilməyəcəyinə də aydınlıq gətirib. O qeyd edib ki, peyvənd olunduqdan sonra ikinci doza vurulacaq və ikinci dozadan 14 gün sonra vaksinin necə qoruması barədə danışmaq mümkündür: səhiyyə qurumları “maskanı çıxara bilərsiniz” dedikdən sonra onu taxmaya bilərik. O günə qədər peyvənd olunsaq da, olunmasaq da maskanı mütləq taxmalıyıq. Son vətəndaşımız bu bəladan qurtulana qədər birlikdə mübarizə aparmağa davam edəcəyik. Səhiyyə Nazirliyi tərəfindən araşdırılan və əhaliyə tətbiqinə razılıq verilən istənilən peyvənddən qorxmadan yararlanmaq lazımdır”.
Gununsesi.info