Bu vitaminin həddən artıq qəbulu xərçəng yaradır

  • By admin
  • 28 Fevral 2021 22:25
Rusiyalı həkim və televiziya aparıcısı Yelena Malışeva instaqram hesabında A vitamini çatışmazlığından danışıb.

Mütəxəssis A vitamininin icazə verilən maksimum dozaları olduğunu izah edib.

“Gündəlik doza bütün cins və yaşlar üçün 1300 mikroqramdan çox olmamalıdır. Gündəlik dəyər kişilər üçün 900 mikroqram, qadınlar üçün 700 mikroqram, uşaqlar və yeniyetmələr üçünsə 300-600 mikroqramdır.

İlk 3 ayda hamilə qadınlara A vitamini ilə zəngin olan qidalar tövsiyə edilmir. Hamiləlik dövründə A vitamini özbaşına istifadə edilməməlidir. Həkim tərəfindən ciddi şəkildə izlənməlidir”.

Y.Malışeva qeyd edib ki, A vitamininin həddindən artıq qəbulu həyati təhlükə daşıyır: “Ümumiyyətlə, hər cür pəhriz əlavəsi və ya dərman şəklində A vitamini qəbulu onun həddindən artıq dozası deməkdir. Həddindən artıq dozada A vitamini hamıda xərçəng riskini artırır, xüsusilə, ağciyər xərçəngi siqaret çəkənlərdə daha da güclənir. Siqaret çəkirsinizsə, A vitamini qəbul edə bilməzsiniz”.

Mütəxəssis A vitamininin dərinin yenilənməsindən və görmə qabiliyyətindən məsul olduğunu əlavə edib. (publika.az)

Gununsesi.info