
Qoz, fındıq, badam, keşyu, püstə, araxis çox faydalı məhsullardır.
Gununsesi.info saglamolun.az-a istinadən bildirir ki, Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan bu məhsullar ürək-damar xəstəliklərindən, infarkt və insultdan qoruyur.
Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər.
Lakin onu da nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı qoz-fındığı yemək ziyanlıdır.
Saglamolun.az sizə bu xəstəliklərin siyahısını təqdim edir:
– respirator-virus xəstəlikləri,
– soyuqdəymə,
– angina,
– öskürək,
– allergiya,
– ekzema,
– psoriaz,
– neyrodermit,
– mədə və 12 barmaq bağırsağı xorası,
– qastrit,
– kolit,
– enterokolit.
Gununsesi.info