Bu xəstəxanalar Xankəndidən pasiyentlərin qəbulu üçün hazırlanıb

“Dünəndən etibarən, Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün hazırlanıb və bu xəstəxanalar əlavə tibbi heyətlə gücləndirilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.