Bu xəstəxanaya direktor, baş həkim və müavin TƏYİN OLUNDU

  • By admin
  • 13 Yanvar 2023 13:10

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) yeni təyinatlar olub.
Gununsesi.info xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

Gununsesi.info