Bu xidmətə görə rüsumun məbləği 3 dəfə artdı

  • By admin
  • 04 İyun 2021 14:50

Xaricdə təhsil alan azərbaycanlı tələbələr diplomlarının ölkəmizdə nostrifikasiyası zamanı dövlət rüsumunun 3 dəfə qalxmasından şikayət edirlər.

Gununsesi.info xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi dövlət rüsumunun birdən-birə bu qədər qalxmasının səbəbini açıqlayıb.

“Dövlət rüsumunun artması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarına əsasən müəyyən edilib.“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” haqqında qərara əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı müəyyən edilmişdir”, – açıqlamada qeyd edilib.