“Bu yayın sonuna kimi COVID-19 pandemiyasına qalib gələcəyik”. - Rusiyalı alimdən iddialı açıqlama

  • By admin
  • 25 May 2020 10:20

“Bu yayın sonuna kimi COVID-19 pandemiyasına qalib gələcəyik”.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının akademiki, “Millətin Sağlamlığı Liqası”nın prezidenti Leo Bokeriya deyib.

“Düşünürəm ki, yayın sonuna biz bu infeksiyaya qalib gələcəyik”, – deyə, L.Bokeriya qeyd edib.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org