Bu yazını oxuyan sən gerçəksənmi, yoxsa yamsılayıcı obrazmı? – Simulyasiya Nəzəriyyəsi: FOTOLAR

  • By admin
  • 09 Dekabr 2022 15:59

“Hər şey enerjidir və hər şey yalnızca bundan ibarətdir. Bu, bir fəlsəfə deyil. Bu, fizikadır”  

 

Gununsesi.info xarici mətbuat qaynaqlarına əsasən, dünya alimlərinin üzərində baş sındırdığı gerçəklik qavrayışımızla bağlı elmi araşdırmanı sizə təqdim edir:

Bu anda hər hansısa bir yerdə ola, bir şeyi edə bilərdin. Bunun yerinə ekranın önündə yalnız başına oturursan. Elə isə bizi istədiyimiz şeyi etməkdən saxlayan nədir? Olmaq istədiyimiz yerdə olmaqdan. Yəni, gerçəksinizmi, ya hər hansısa bir obrazı yamsılayan simulyasiyamı?

İki növ kainat və iki gerçəklik xəyal edin: Simulyasiyanın edildiyi və gerçək olan. Birinci 1-ci növ kainat və gerçək olduğunu sandığımız, ancaq simulyasiya edilmiş və güman ki, bizim içində yaşamaqda olduğumuz ikinci növ kainat. Hər şeyin necə olması gərəkdiyinin ehtimalı bizə verilmiş ayrıntılara söykənərək içində var olduğumuz dünyanın əksik parçalarını doldurmağımıza yol açar. Sadəcə, öz zehninizin var ola bilməsindən əmin ola bilərsiniz. Onun çölündəki hər şey: çevrənizdəki insanlar, olduğunuz otaq, hətta bədəninizi canlandıran şüurunuz belə bir simulyasiya ola bilər. Özü simulyasiya edilmiş bu kainatda bizlər virtual kompüter oyunlarında olan “The Sims” obrazları ola bilərik.

 

Simulyasiya mövzusu gerçəkliyin nə olduğunun tam da bəlli edilmədiyi günümüzdə bir sıra anlayışlarla zəncirvari əlaqəlidir. Yəni, kainat-zaman-maddə-enerji-fizika və həndəsi-riyazi qanunlarla izah gərəkdirir. Əziz izləyicilər, araşdırmanı izləyərkən lütfən, şübhə çarxlarınız açıq olsun.  Öncə ondan başlayaq ki, Kainatda nəyik?, Biz yuxudayıqmı?, və ya Alan Guthun dediyi kimi, gerçəkdən də kainatımız bir laborotoriya sınağındanmı ibarətdir? Bizlər bu yoxlamalarda həyatda qalmağa çalışan sınaqlarıqmı? İnsanın var oluşunu və qavradığı gerçəkliyini şübhə altına alacaq suallar və çoxsaylı araşdırmaların startı 2003-cü ildə fəlsəfə professoru Nik Boostrom tərəfindən qələmə alınan məqalə ilə başlayır. Professor biz insan oğlunun digər kainatlarda yaşayan yüksək intellektə sahib kosmos irqi tərəfindən simulyasiya olduğumuzu irəli sürür. Boostrom üstün zəka yiyəsi olan simulyatorlarımızın bunu günümüzdə necə yaşadıqlarımızı və nələr etdiklərini görmək və gözləmləmək üçün yaratmış ola biləcəklərini iddia edir. Nik Bostrom kimi tanınmış birisinin bu düşüncədə olması dünyada daha da yayğınlaşaraq, diqqətləri biz insanların simulyasiyada olub-olmadığı ilə bağlı fikirlərə və araşdırmalara yönəltdi. Bunlar beyinləri gerçəklik nədir və biz bunu necə qavrayırıq? kimi suallara cavab axtarmağa yönəltdi.

 

Virtual gerçəklikdə gördüyümüz şeyin gerçək olmadığını bilirik. Ancaq duyğularımız və zehnimiz üçün gerçəkdir. Bu səbəblə də buna uyğun təpkilər veririk. Bu səbəblə də içərisində yaşadığımız bu təsvir versiyası bizə gerçək görünür. Çünki yalnızca bunu bilirik. Ancaq bu, simulyasiya edilmiş kainatı proqramlamış nəfərlər üçün gerçəklik çox daha fərqli ola bilər.Bu, Platonun mağara bənzətməsidir.

 

Duyğu orqanlarımız çöl dünyayı görmə, eşitmə, dadma, qoxulama və toxunma hissləri ilə anlaya bilir. Aldıqları bilgiləri beynimizə ötürür və oradakı elektrikli titrəşimdən sonra beyin tanıdığı bilgiləri qavradığı biçimdə bizə təsvir edir. Və bizim gerçək sandığımız reallıq bu proses üzərindən oluşur. Buna uyğun təpkilərimizi veririk və də içərisində yaşadığımız bu təsvir versiyası bizə gerçək görünür. Çünki yalnızca bunu bilirik. Başqa deyişlə, göz bəbəyimiz bizi həbs edir. Gördüklərinə uyğun gerçəklər qavratmaqda. Ancaq proqramlamış nəfərlər üçün gerçəklik çox daha fərqli ola bilər.

Mövzunun bu qismini Platonun mağara bənzətməsi ilə daha anlamlı izah edim: Dustaqların doğuşdan bəri həbs edildiyi bir mağara düşünün. Onlar bədənlərindən elə bir  şəkildə qandallanıblar ki, yalnızca qarşılarındakı divara baxa bilirlər. Zəncirlərdən dolayı, mağaranın geri qalanına, arxalarına, bir-birlərinə və hətta özlərinə baxa bilmirlər. Tanıyıb bildikləri tək şey bu divardır, başqa heç nə. Dustaqların arxalarında bir tonqal və bu odla dustaqlar arasında isə bir yol var. Arxalarındakı insanlar yolla yürüyərkən kölgələri divara vurur. Və bu tutuqlu insanlar başqa bir şey bilmədiklər üçün o kölgələrin gerçəkdən də özlərinin olduğuna inanırlar. Bu özünəxas varlıqlar gəlib-keçənlərdən biri nə zaman danışarsa, o səsin də kölgədən gəldiyinə inanarlar. Oysa, divardakı kölgələrin gerçəkliyin sıradan bir kopyası olduqlarından xəbərləri yoxdur. Və yanlış bir şəkildə gördükləri bu qismi gerçəkliyi bir həqiqqət olaraq var sayarlar. Bu, təmsili bilginin önəmi gerçəkliyi necə şəkilləndirdiyini anlamağın bir yolu olaraq yozula bilər. Ya da mağaradakı kölgələr kimi bizim “gerçəklik”, – deyə qavradığımız başqa bir şeyin kölgəsi ola bilərmi? Bu durumda isə geçrəklik simulyasiya kainatını proqramlayanlar üçün bizimkindən daha  fərqli ola bilər. Qulağa qorxunc gəlsə də, iddialar deyir ki, biz simulyasiya içərisində yaşayırıq. Bəlli proqramlanmış alqoritmlər içərisində hərəkət edən varlıqlarıq. Bəlkə bir simulyasiyanın porqramladığı bir simulyasiyanın proqramladığı başqa bir simulyasiyanın simulyasiyasıyıq. Əgər bunlar doğrudursa, dəyərli izləyicilər, siz bir simulyasiya içərisində yaşayırsınız.

 

Amerikalı texnologiya-yazılım mühəndisi, biznesmen və ixtiraçı İlon Mask mütləq olaraq bir kompüter simulyasiyasnda yaşadığımızı düşünür. O söyləyir ki, bu həyatın gerçək ola bilmə ehtimalı milyardda birdir. Musk insan həyatnın “Sims” oyunun bir versiyası olduğunu düşünür. Dünya ünlülərinin varlığımızın simulyasiya olması ilə bağlı artan fikirləri isə insanlığı gerçəkliyin və insanın içərisində olduğu, tanıyıb qavraya bildiyi həqiqətlərin sərhədlərinə yolçuluğa sövq edir.

Kainatda şüurun olmasına kəsinliklə əminik. Ən azından, adamlar mövcuuddur. Elə deyilmi? Mən bilinçliyəm, siz bilinçlisiniz. O şüurludur və s. Beyindəki bilincimiz fizika ilə tam olaraq anlaşılmayan yollarla dərindən bağlantılıdır.

Əslində, üst şüur bütün elmdə ən az anlaşılan şeylərdən bir dənəsidir. Heç kim nə olduğunu tam oaraq bilmir. Qəribədir, elə deyilmi?

 

Gerçəklik saf bilgidən ibarətdirsə, hər şey: enerji, maddə,düşüncə hər biri bilgi isə, o zaman gerçəkliyin təməli şüur dediyimiz “bilinic”dir sanki. Bu ipiucu ilə yola çıxarsaq, gerçəkliyin “şüurla” dərindən bağlantılı olduğu dəqiqləşir. Bilinc və bilgi bir şəkildə səbəbiyyət geri bildiriş dövrəsindəmi açığa çıxmaqdadır? İsveçrədəki bilim adamlarının yürütdüyü zərrəcik sürətləndirmə araşdırması bir yeniliyi üzə çıxardı ki, təməl parçacıqlar və qüvvələr bir haldan digər hala keçirlər. Kvant Kainatı da mövzunu anlamaqda önəmli ipucları verir. Çevrənizdə gördüyünüz avtomobillər, göydələnlər və ya digər nəsnələr sizə çox gerçəkçi görünmüş ola bilər.

Phillip Dick: “Saxta gerçkliklər, saxta insanlar yaradar”

Beynimizin özündən çöldəki dünyanı qavrama şəkli və gözün insana göstərdikləri konteksində biz gördüklərimizə gerçəklik deyirik. Bioloji neyronlarımız hər gün beynimizdə qığılcımla atəşlənən neyronlardır. Duyğu orqanlarımız dünyanın sadəcə bir bölümünü yoxlamağa fürsət tanıyır. Bu üzdən, təbiətin gerçək üzünü anlamaq üçün qavramlara və vasitələrə gərək var. Önəmi olan şeyləri necə müşahidə etməyinizdir. Yəni, onları görmək, qoxulamaq, duymaq və ya eşitmək – bu sənin öznəl – yəni ,şəxsi-subyektiv gerçəkliyin. Gözlərimizlə gözləmlədiyimiz və ya təsirlənmə içərisində olduğumuz hər şey dünyaya baxışımızı yaratmaq üçün beynimizdə bir anda neyronların atəşlənməsinə yol açar. Bu, bizim subyektiv gerçəkliyimizin hamısını əhatə etməkdədir. Bu anlatdıqlarımız bizə imkan tanınan sərhədin divarlarına qədər qavraya bildiyimiz çevrə aləm gerçəklikləridir. Yaxşı, bu, bizə tanınan seçimdirsə, bəs gerçəklik nədir? Bizim əslində gerçək olmama və bu haldan xəbərsiz bir durumda olma ehtimalımız varmı? Gördüklərimiz simulyasiyadırsa, bəs, orginal olanı ələ keçirmə kimi şansımız varmı?

Simulyasiyamız üçün keçərli şey sadəcə süni insanların bilinc dediyimiz şüurudur.

Yaradılmışlarımız sadəcə gerçəyi hiss etməlidir. Tamam, o zaman bir simulyasiyamı edilirik? Yəni, bəlkə edilməsi gərəkən daha bir neçə şərt var? Ap-açıqdır ki, biz bu mövzuda söz sahibi olacaq qaynaq deyilik. Örnək üçün bir bilgisayar oyunu ilə insan arasındakı ayrım fərqi oyundakı xarakterin oyunda olduğunu bilməməsidir. Oyundakı xarakterlər proqramlanmadakı yazılım gərəyi gərəkən şeyləri edirlər və təqlidçilər, yamsılayıcılar olduqlarını bilmirlər.

Simulyasiya edilmiş bir kainatı yarada bilməməyin ən bəsit səbəbi kainatımız qədər böyük miqyasdakı bir simulyasiyanı sürdürəcək qədər zərrəciklərin olmamasıdır.

 

Bilirəm, qane  olmadınız. Davam edək. Oksford Universiteti heyəti çox miqdarda müstəqil süni zəkaya sahib nəsnə effekti sərgiləyəcək qədər güclü olan bir bilgisayar simulyasiyası üçün ehtiyac olanı araşdırıb. Bunun üçün Kvant texnologiyalarında hələ ki, vara bilmədiyimiz nöqtələr əsas alınıb. Ancaq böyük miqdarda zərrəciklərin təsirlənməsini bəzi anormallıqları açıqlamağı gərəkdirib.

Kvant anormallıqlarını açıqlaya bilmək üçün uzun sürən hesablamalar edilib. Əhatəli bir simulyasiya üçün gərəkli parçaçıqların sayı artdıqca, qarmaşıqlıq da qatbaqat artıb. Kainatımız niyə sürətin zamanı yavaşlatması üçün nizamlanıb? Kosmos və zaman niyə bir-biri ilə əlaqəlidir?  Bu ortamda dövrəyə Fermi paradoksu girir. Bu mövuzunu ayrıca işləyəcəyimdən, bir bilgisayarla kainatın simulyasiya edilməsi üçün gərəkənlər qismindən mövzuya davam edirəm. Dünyanın ilk proqramlana bilən kompüteri – “Russe 1” saniyədə 2 riyazı işləm gerçəkləşdirə bilirdi. Çağdaş bilgisayarlar isə bunu 27 trilyon kərə daha çevik icra edə bilir. Və bu uğur sadəcə 79 ildə əldə edildi. Fəzada çoxlu sayda kainatların olduğu söylənilir. Örnək üçün, Leonard Susskind 10 üstü 500 tipdə kainatlardan bəhs edir. Üstəlik, hər tip təkrar-təkrar yaradıla bilər. Qarşılaşdırma olaraq, kainatdakı atomların sayı 10 üstü 80-dir. Yəni, düşünün: 10 üstü 86 ilə 10 üstü 80 arasında 1 milyon qat fərq var. Kainat içərisində kainat, içərisində kainat yaradıla bilər rahatca.

 

İnsan beynini tamamilə təqlid edə bilmək üçün təxminən saniyədə 10 üstü 17 işləm etmək gərəkdir. 100 min teraflop deməkdir bu. Teraflop – yəni, bir saniyədə sürüşüb axan nöqtə proseslərin qədəri. Günümüzdə ən çevik super kompüterlərin işləm gücü 100 terafludur. Buradan o nəticəyə varılır ki, simulyasiya mümkündür ancaq təqlidçiləri gerçəkləşdirə biləcək bacarığa və yaddaşa sahib texnoloji inkişaf o nəqtəyə hələ gəlib yetişməyib. Və ən önəmli sual:  Simulyasiyanı bilmədiyimizin bilməyin bir yolu olmadığı üçün məhdud qavrayışa sahib olan neyron anlayışlarımız daxilində bunu necə anlayaq?

Biz bu anda beyin qırışlarının neyronları oyatdığı bir vaxtda, bu simulyasiya çərçivəsində gerçəkliyi düşünməyiniz özü bir məkani gerçəklikdir, ya deyil? Əgər həyatımızın təbiətində özünü yox etmək deyə bir şey varsa, o zaman, simulyasiya yoxdur deməkdir. Bütün mədəniyyətlərin özlərini yox etdikləri bir nöqtə varsa, bu mübahisə burada sona yetər. Nyu-York Universiteti professoru David Chalmers tərəfindən belə ifadə edilib:

“Əldə edə biləcəyimiz hər hansısa bir dəlil də simulyasiya ola bilər”.

 

Suala dönərsək, əgər bir simulyasiya varsa, onun sərhədləri də var. Eynən bir kompüter oyunlarında bəlli bir yerdən digərinə əngəllərdən dolayı gedə bilmədiyimiz kimi gerçəkdə də bu cür olması gərəkdir. Bu, dünya ilə deyil, kainatla ölçülə bilər. Ancaq bu an bilim adamları kainatın bir ucunu, yəni, sərhədini təsbit edə bilmədilər. Dünyadakı həssas ayarlama bunun mümkün ola bilməyəcəyini göstərir. Bu anda içərisində var olduğumuz şeyin simulyasiyamı və ya gerçəkmi olduğuna qərar verməkdə çətinlik çəkirik. İnsan beyninin olanları anlaya bilməsinin sərhədlərlə qısıtlanması insandan daha üstün bir zəkanın varlığını gündəmə gətirir. Dini baxımdan baxarsaq, Quranda “Ənkəbut” sürəsinn 64-cü ayəsində deyilir:

“Bu dünya həyatı həyatı əyləncə və oyundan başqa bir şey deyi. Axirət yurdu isə, bax, gerçək həyat odur. Kaş ki, bu gerçəyi bilsələr idi”.

Gəldik sona: Simulyasiyada olmağımızın həyatımızın anlamı üzərində təsiri nə ola bilər? Yəni, Allah bizi məqsədsizmi şəkildə yaratdı və də gerçək olmayan bu dünya həyatımız üçün o dünyada nədən imtahana çəksin ki, bizi?

 

Bütün bu mövzunu daha dərindən anlamaq üçün xəyal balonunuzu partladıb gerçəyin dünyasına açılmaq və addım atmaq zorundayıq. Əgər simulyasiya bir simulyasiyadırsa, ağlımızın çölündəki şeyin gerçəkdən gerçək olub-olmadığını necə anlayacağıq? Yəni, simulyasiya bir simulyasiyada olduğumu mənə anlatmağa çalışır? O zaman,  biz baytları, tanrı isə bizi yaradan atomlarımı simülyasiya edir? kimi dərin suallar hələ də dəlilləri ilə cavablarını gözləyir. Önəmli qisim budur ki, axtarılan və ya görən şey baxanın nə olduğudur. Əsl problem də buradadır: Gerçəkliyini isbat edə bilmədiyimiz mövzu haqqında üstəlik, məhdud qavrayış potensialına sahib olan beyinlə bu mövzunu anlatmaq isə zəka balonumuzdan kənara çıxmağımızı əngəlləyən ən başlıca çəpərlərdir. Qısacası, sandığımız simulyasiyanın simulyasiya olduğunu açığa çıxaracaq ipuclarının tapmaq gərəkir. Bizə verilən məhdud qavrayışlı beyinlə isə gerçəkliyin nə olub-olmadığını anlamağın mümkünatı yoxdur.

İ. Kant demişkən: “Hamınız  haqsızsınız”.

 

İstifadə edilmiş qaynaqlar:

https://medium.com/indian-thoughts/world-is-a-simulation-and-god-is-the-machine-d6e000aa21c6

https://creation.com/is-the-universe-a-simulator

https://www.iflscience.com/editors-blog/how-an-impossible-crystal-has-shed-new-light-on-a-milliondollar-math-problem/all/

https://www.yenisafak.com/foto-galeri/dunya/sari-kar-yagdi-2032520

https://www.cnnturk.com/dunya/abd-istihbarat-toplulugu-yapay-zeka-gelecek-icin-tehdit-olusturuyor

https://www.youtube.com/watch?v=a7YwIqZdapA

https://www.milligazete.com.tr/makale/1764326/sadrettin-karaduman/nato-dagiliyor-mu

https://www.cnnturk.com/dunya/ab-komisyon-baskani-junckerden-ilginc-hareketler?page=5

https://www.dunyabulteni.net/kafkaslar/avrasya-hukukculari-baku-de-toplaniyor-h434698.html

http://www.rudaw.net/turkish/lifestyle/14122018

Ruhi Çenet Videoları

https://www.youtube.com/watch?v=lQcnwvixsTg

https://www.youtube.com/watch?v=lQcnwvixsTg

https://www.youtube.com/watch?v=D_IoV4NNtI4

Vikipedia,

https://fularsizentellik.com/journal/2018/1/25/simulasyon-teorisi-9-kanitlar

https://creation.com/is-the-universe-a-simulator

https://www.youtube.com/watch?v=eRmZ_sNf2mE&t=107s

https://www.youtube.com/watch?v=AkrRRhu8oAI

https://www.youtube.com/watch?v=0W72AZFf_E8

https://fularsizentellik.com/journal/2018/1/25/simulasyon-teorisi-9-kanitlar

http://beyinsizler.net/bir-imkansiz-gercek-oldu-asal-sayilarin-deseni-cozuldu/

http://www.uzay.co/meteoritte-cok-nadir-bir-kristal-bulundu/

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info