
Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti – Buzovna dairəsi və Zığ dairəsi – hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir”, – deyə məlumatda qeyd olunur.

Gununsesi.info











