Gununsesi.info Xəzərxəbər-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi son yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub. Bakı-Şamaxı yolunda sürüşmə sahəsində aktivlik qeydə alınıb.
Xidmətinin baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, sözügedən yollarda sürüşmə sahələrində aktivliyin artması sürücülər üçün də təhlükəlidir.